Bakıda və Abşeron yarımadasında çovğun olacağı ehtimalı var
Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 8-dən başlayaraq 12-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, yanvarın 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Yanvarın 8-i gündüzdən 10-u gündüzədək arabir çovğun olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° enərək gecə 1-3° şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlayacağı gözlənilir.
Yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək, yanvarın 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° enərək gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15°, gündüz 5-8° şaxta olacaq. Yollar buz bağlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 sentyabr
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:45]