Bakıdakı Rus Evində “Klassik musiqi dünyasına musiqili səyahət” adlı konsert keçirilib
Bakı, 13 yanvar, AZƏRTAC
Bakıdakı Rus Evində (RİMM) “Klassik musiqi dünyasına musiqili səyahət” adlı konsert keçirilib.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsert proqramında nadir səs tembri olan, Azərbaycanda və onun hüdudlarından kənarda uğurla keçirilən musiqi layihələrinin müəllifi Fidan Dəmirova, Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Zümrüd Davudova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru, Azərbaycanın Əməkdar artisti, müxtəlif musiqi layihələrinin müəllifi və təşkilatçısı Nərgiz Əliyeva, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistlərindən ibarət kvartet iştirak edib.