Balakəndə ağacəkmə aksiyasında 500-dən çox ting əkilib
Balakən, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli” çərçivəsində martın 17-də Balakən rayonunda ağacəkmə aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, aksiya zamanı Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Balakən şəhəri, Mahamalar və Katex kəndlərindən keçən hissələrində 500-dən çox həmişəyaşıl şam ağacı əkilib. Yeni əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib.