REGİONLAR
BALAKƏNDƏ FARAŞ XİYAR YIĞIMI DAVAM EDİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, faraş tərəvəz istehsalı ilə məşğul olan Qabaqçöl qəsəbəsinin, Şambul, Qaysa, Meşəşambul kəndlərinin özəl təsərrüfatlarında gündə orta hesabla 100-110 ton faraş xiyar tədarük olunur. Təsərrüfatlarda məhsul yığımı davam edir.
X X X
Rayonun qarğıdalı əkini sahələrində də səpin mütəşəkkil qaydada davam edir. Havaların qeyri-sabit keçməsinə baxmayaraq, əkin üçün nəzərdə tutulmuş 4500 hektar sahənin 2500 hektarında qarğıdalı səpini artıq başa çatdırılmışdır. Sahələrə aqrotexniki qaydada qulluq olunur.