İDMAN
“Barselona” klubu Oriol Romeunun transferini açıqlayıb
Bakı, 19 iyul, AZƏRTAC
“Barselona” klubu Oriol Romeunun transferini açıqlayıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm “Jirona”da çıxış edən yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə üçillik müqavilə imzalayıb.
Otuz bir yaşlı Romeu karyerasına “Uldecona” və “Espanyol” akademiyalarında başlayıb. Daha sonra yeddi il “Barselona”da çıxış edib.
Daha sonra “Çelsi”, “Valensiya, “Southempton” klublarında oynayıb və 2022-ci ildə “Jirona”ya keçib.
İspaniyalı yarımmüdafiəçi ötən mövsüm 33 oyunda meydana çıxıb və iki qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]