“Barselona” matçlarının telekanallarda göstərilməsi hüquqlarının satışından 146,2 milyon avro qazanıb
Bakı, 4 yanvar, AZƏRTAC
Futbol üzrə İspaniya çempionatının matçlarının telekanallarda göstərilməsi hüquqlarının satışından bu ölkənin futbol klublarının gəlirləri məlum olub.
AZƏRTAC xəbər verir ki, La Liqada matçların translyasiya hüquqlarının satışından əldə edilmiş gəlirlərə görə birinci yeri “Barselona” tutub. Bu klub telekanallardan 146,2 milyon avro alıb. Madridin “Real” komandası kataloniyalı rəqibindən bir qədər geri qalaraq 140,1 milyon avro qazanıb. Liderlər üçlüyünü qapayan “Atletiko”nun qazancı isə 99,2 milyon avroya bərabər olub.
2017-ci il ərzində La Liqada çıxış edən bütün komandaların oyunlarının telekanallarda göstərilməsi hüquqlarının satışından əldə edilmiş gəlirin ümumi məbləği 1246,7 milyon avroya bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]