Baş nazir: İtaliya İsrailin Rəfah şəhərində hərbi əməliyyat planına qarşıdır
Roma, 20 mart, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni İsrailin Rəfah şəhərinə nəzərdə tutduğu genişləndirilmiş hərbi əməliyyat planına qarşı olduqlarını bildirib.
AZƏRTAC xəbər verir ki, Baş nazir İsrailin fələstinlilərin sığındığı Qəzza zolağındakı Rəfah şəhərinə qurudan hücum planını pisləyib.
“İsrailin Rəfah şəhərində planlaşdırdığı və bölgədəki mülki insanlar üçün daha fəlakətli nəticələrə səbəb ola biləcək quru əməliyyatına qarşıyıq”, - deyə Ciorcia Meloni qeyd edib.
O, Qəzzaya humanitar yardımların davamlı və təhlükəsiz çatdırılmasının vacibliyini bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]