Baş prokuror Xaçmazda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 11 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 15-də Xaçmaz Rayon Prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xaçmaz rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstaqram, Feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:42]
Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib
- 10.06.2026 [13:33]
Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər
- 10.06.2026 [13:32]
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
- 10.06.2026 [13:28]
“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub
- 10.06.2026 [13:25]
Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?
- 10.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [11:43]
Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb
- 10.06.2026 [11:37]