Basketbol üzrə Türkiyə millisi Avropa çempionatında ikinci qələbəsini qazanıb
Bakı, 29 avqust, AZƏRTAC
Kişi basketbolçuları arasında Avropa çempionatında II turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan Türkiyə millisi ikinci matçında Çexiya ilə üz-üzə gəlib. Riqa şəhərində yerləşən eyniadlı arenada oynanılan matç “ay-ulduzlular”ın 92:78 hesablı qələbəsi ilə başa çatıb.
Ergin Atamanın baş məşqçisi olduğu kollektiv qrupdakı ilk oyununda Latviyanı 93:73 hesabı ilə məğlub etmişdi.
Türkiyə yığması üçüncü görüşünü avqustun 30-da Portuqaliyaya qarşı keçirəcək.
Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]