Basketbol üzrə Türkiyə millisi Avropa çempionatında üçüncü oyununa çıxacaq
Bakı, 30 avqust, AZƏRTAC
Kişi basketbolçuları arasında Avropa çempionatında III turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan Türkiyə millisi üçüncü matçında Portuqaliya ilə üz-üzə gələcək. Riqa şəhərində yerləşən eyniadlı arenada oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Ergin Atamanın baş məşqçisi olduğu kollektiv bundan əvvəl Latviyanı 93:73, Çexiyanı isə 92:78 hesabı ilə üstələyib.
Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]