Basketbol üzrə U-16 millimiz Bəhreyn və Küveyt yığmalarına qalib gəlib
Bakı, 17 iyul, AZƏRTAC
İstanbulda təlim-məşq toplanışını davam etdirən basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz Avropa çempionatı öncəsi yoxlama oyunlarında gücünü yoxlayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Baş məşqçi Tahir Baxşıyev və köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi yığmamız ilk yoxlama oyununda Bəhreynin U-16 millisinə 70:62, ikinci görüşdə isə Küveyt U-16 seçməsinə 82:70 hesabı ilə qalib gəlib.
Millimizin hazırlıq prosesinə iyulun 18-də yekun vurulacaq.