Basqal qəsəbəsində və İvanovka kəndində dezinfeksiya işləri aparılıb
İsmayıllı, 25 mart, AZƏRTAC
İsmayıllı rayonunun ən iri yaşayış məntəqələrindən olan Basqal qəsəbəsində və rusların məskunlaşdığı İvanovka kəndində koronavirusla (COVİD-19) mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbirinə xəbər verir ki, pandemiyaya qarşı mübarizə tədbiri olan dezinfeksiya işləri idarə, müəssisə və təşkilatların inzibati binalarında, o cümlədən icra nümayəndəliklərində, ATS, poçt, mədəniyyət evi və kitabxanalarda xüsusi dərman preparatı vasitəsilə yerinə yetirilib.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin peşəkar işçiləri tərəfindən reallaşdırılan dezinfeksiya işləri, habelə qəsəbə və kəndin mərkəzi küçələrini, ticarət və iaşə obyektlərini də əhatə edib.
Yaşayış məntəqələrində sakinlərlə təhlükəli virus və ona qarşı mübarizə üsulları barədə maarifləndirici söhbətlər də aparılıb.