Batma təhlükəsi ilə üzləşən biri uşaq olmaqla 4 nəfər xilas olunub
Bakı, 12 avqust, AZƏRTAC
Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Qızılqum” və “Sabirabad” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1-i uşaq olmaqla 4 nəfər xilas edilib”, - məlumatda qeyd edilib.