“Bavariya” “Çelsi”nin hücumçusu Nikolas Ceksonu heyətinə cəlb edib
Berlin, 30 avqust, AZƏRTAC
Münxenin “Bavariya” klubu yay transfer pəncərəsinin bağlanmasına az qalmış “Çelsi”nin hücumçusu Nikolas Ceksonu heyətinə cəlb edib.
AZƏRTAC “Kicker” idman nəşrinə istinadla xəbər verir ki, 24 yaşlı seneqallı futbolçu ilk mərhələdə icarə əsasında münxenlilərin heyətində forma geyinəcək.
İcarə müqaviləsinə əsasən, Almaniya klubu transfer üçün 15 milyon avro ödəyəcək. Bundan əlavə, müqavilədə 65 milyon avro məbləğində satınalma opsionu da nəzərdə tutulub.
Seneqallı hücumçu 2023-cü ildə İspaniyanın “Vilyarreal” klubundan “Çelsi”yə keçib. Əsasən mərkəz hücumçusu kimi çıxış edən N.Ceksonun London klubu ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir. O, Premyer Liqada 65 oyunda 24, La Liqada isə 35 oyunda 12 qol vurub.
Cekson “Çelsi”nin heyətində ötən mövsüm UEFA Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]