Baydenin reytinqi onun prezidentliyi dövründə rekord səviyyəyə enib
Bakı, 20 noyabr, AZƏRTAC
NBC-nin dərc etdiyi sosioloji sorğunun nəticələrinə görə, respondentlərin 57 faizi ABŞ Prezidenti Co Baydenin bu postda fəaliyyətini bəyənmir.
AZƏRTAC sorğuya istinadla xəbər verir ki, əhalinin böyük əksəriyyəti onun xarici siyasət idarəsini, xüsusən də Fələstin-İsrail münaqişəsinə yanaşmasını bəyənmədiyi üçün Amerika liderinin reytinqi indiyədək ən aşağı səviyyəyə - 40 faizə düşüb.
Hesablamalara görə, respondentlərin 57 faizi Baydenin Amerika lideri kimi fəaliyyətini bəyənmir ki, bu da onun prezidentliyinin başlanğıcından bəri rekord göstəricidir. Respondentlərin yalnız 34 faizi Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə bağlı dövlət başçısının həyata keçirdiyi tədbirləri dəstəkləyir. Eyni zamanda, demokrat həmkarları arasında onun bu məsələdə, yəni, İsrailə yardım göstərməklə bağlı siyasətini yalnız 51 faiz bəyənir. 18-34 yaş qrupunda olan demokratların təxminən 70 faizi Baydenin Yaxın Şərq münaqişəsi ilə bağlı siyasətini dəstəkləmir. Gələn ilin noyabrında hökumətin yüksək vəzifəsinə yenidən seçilmək istəyəcək siyasətçi sorğuya əsasən, populyarlığına görə Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit olan sələfi Donald Trampdan geri qalır.
Sorğu noyabrın 10-dan noyabrın 14-dək qeydiyyatdan keçmiş 1000 amerikalı seçici arasında aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]