Bayram günlərində Sumqayıt Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 2049 çağırış qeydə alınıb
Sumqayıt, 27 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Sumqayıt Tibb Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
AZƏRTAC xəbər verir ki, martın 20- 25-də Sumqayıt Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 2049 çağırış qeydə alınıb.
Stansiyada hər gün 24 tibbi heyət fəaliyyət göstərib və bayram günlərində, ümumilikdə, 992 əməkdaş həmin heyətlərin tərkibində müraciətlərə yollanıb. Çağırışa yollanan zamanı 37 ölüm hadisəsi qeydə alınıb. Bayram günlərində 3 insan dəm qazından həyatını itirib.
Qeyd edək ki, Novruz bayramı günlərində Sumqayıt Tibb Mərkəzinin tabeli tibb müəssisələrinin stasionar şöbələri fəaliyyətlərini növbətçilik cədvəllərinə uyğun həyata keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:34]
Şəkidə yaş barama tədarükünə başlanılıb
- 16.06.2026 [12:20]
22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır
- 16.06.2026 [12:14]