Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri ölkəmizə gəlib
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupuna daxil olan F-16 tipli təyyarələri ölkəmizə gəlib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.