BAYTARLIQ LABORATORİYALARININ MADDİ-TEXNİKİ BAZASININ MÖHKƏMLƏNDİRİLMƏSİ MÜHÜM MƏSƏLƏLƏRDƏN BİRİDİR
Bakı, 20 sentyabr (AZƏRTAC). Kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, heyvandarlığın intensiv inkişaf etdiyi bir vaxtda baytarlıq laboratoriyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və onların müasir avadanlıqla təmin edilməsi qarşıda duran mühüm məsələlərdən biridir.
Bu məqsədlə 2007-ci ildə 62 min 480 manat, ötən il 161 min 480 manat, bu ilin ötən dövründə isə 148 min manat vəsait sərf edilmişdir.
Bu işdə donor təşkilatların köməyindən də istifadə olunduğunu qeyd edən nazir demişdir ki, Sabirabad, Göygöl zona baytarlıq laboratoriyalarının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Baytarlıq Laboratoriyasının Yaponiya hökümətinin vəsaiti ilə yenidən qurulması və avadanlıqla təmin edilməsi başa çatdırılmışdır.
Həmçinin ABŞ Müdafiə Departamenti ilə Azərbaycan Respublikası Nazirlər Kabineti arasında “Bioloji Təhlükənin Azaldılması Proqramı” çərçivəsində Respublika Baytarlıq Laboratoriyasının, Salyan, Qax, Şamaxı, Göyçay, Beyləqan, Tovuz, Qəbələ və Lənkəran zona baytarlıq laboratoriyalarının yenidən qurulması və müasir avadanlıqla təmin olunması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]