BBA basketbol komandası Azərbaycan kuboku yarışlarının qalibi olub
Bakı, 11 aprel, AZƏRTAC
"Sərhədçi" İdman Mərkəzində qadın basketbolçular arasında Azərbaycan kuboku yarışlarının final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, həlledici matçda BBA və “AZE U-16” komandaları üz-üzə gəliblər. Son topadək davam edən mübarizənin yekununda 51:48 hesablı qələbə qazanan BBA komandası qadınlar arasında ilk dəfə keçirilən Azərbaycan kuboku yarışlarının qalibi olub.