Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-105: Şərqşünaslıq fakültəsi - tarix və müasirlik arasında körpü

Bakı, 9 sentyabr, AZƏRTAC

105 yaşlı Bakı Dövlət Universitetinin (BDU) qocaman fakültələrindən biri öz ənənələri və məzunları ilə şöhrət qazanmış Şərqşünaslıq fakültəsidir. Şərqşünaslıq fakültəsi universitet yaranandan 1922-ci ilə qədər Tarix-filologiya fakültəsində Şərq şöbəsi kimi fəaliyyət göstərib. 1922-ci il iyulun 13-də Şərq şöbəsinin müstəqil fakültəyə çevrilməsi haqqında qərar qəbul edilib. Fakültənin yaradılmasında məqsəd tədqiqatçı şərqşünasların elmi məktəbini yaratmaq, türk və İran xalqlarının tarixi, dili və ədəbiyyatı üzrə mütəxəssislər hazırlamaq idi. Şərqşünaslıq fakültəsinin məzunları ölkənin ictimai-siyasi həyatında, beynəlxalq əlaqələrində daim əhəmiyyətli və strateji rol oynayıblar.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, ötən əsrin 20-ci illərində Şərqşünaslıq fakültəsində görkəmli alimlər – akademiklər Nikolay Marr, İvan Meşşaninov, Vasili Bartold, Aleksandr Samoyloviç, professorlar Nikolay Aşmarin, Aleksandr Romaskeviç, Rozaliya Şor, Bəkir Çobanzadə, Əziz Qubaydulin və başqaları böyük elmi-pedaqoji iş aparıblar. Fakültənin ilk dekanı Panteleymon Juze olub. 1924-cü ildə professor Bəkir Çobanzadə, 1926-cı ildə isə professor Əziz Qubaydulin fakültəyə rəhbər təyin ediliblər.

1930-cu ildə universitetin bazası əsasında 5 institut açıldığına görə Şərq şöbəsi bağlanıb, 1934-cü ildə yenidən təşkil edilib. Ötən əsrin 30-cu illərinin sosial-ictimai vəziyyətinin ən gərgin dövrlərində fakültə ilkin əhəmiyyətini bir qədər itirib, gah Filologiya fakültəsinin nəzdində İranşünaslıq və Türkologiya şöbələri olmaqla, gah da müstəqil fakültə kimi fəaliyyət göstərib. Professor Mübariz Əlizadə Şərqşünaslıq fakültəsinin ilk azərbaycanlı dekanı olub (1945-1950). Fakültə 1946-cı ildə bərpa olunsa da, 1950-ci ildə yenidən öz müstəqil fəaliyyətini dayandırıb.

Nəhayət, 1957-ci ildən Ərəb, Fars və Türk şöbələri olmaqla Şərqşünaslıq fakültəsi yenidən təsis edilib. Fakültəyə 1957-1960-cı illərdə professor Rəhim Sultanov, 1960-1961-ci illərdə dosent Yusif Şirvan, 1962-1964-cü illərdə yenidən professor Mübariz Əlizadə, 1965-1977-ci illərdə professor Həsən Mahmudov, 1977-1981-ci illərdə professor Şulan Şirəliyev, 1981-1991-ci illərdə professor Vasim Məmmədəliyev, 1991-1999-cu illərdə dosent Elxan Əzizov, 1999-2002-ci illərdə dosent Əbdüləli Kərimov, 2002-2021-ci illərdə yenidən professor Elxan Əzizov rəhbərlik edib. 2022-ci ildən fakültənin dekanı türkoloq dosent Aydan Xəndandır.

1957-ci ildə ərəb, fars və türk dillərini əhatə edən Yaxın Şərq dilləri və ərəb, fars, türk ədəbiyyatları tədris olunan Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedraları yaradılıb. Yaxın Şərq və Orta Şərq xalqları ədəbiyyatı tarixi kafedrasına 1944-cü ildən akademik Həmid Araslı, 1957-1962-ci illərdə professor Mübariz Əlizadə, 1962-1965-ci illərdə yenidən akademik Həmid Araslı, 1967-1970-ci illərdə dosent Yusif Şirvan, 1970-1989-cu illərdə professor Mübariz Əlizadə, 1989-1991-ci illərdə professor Malik Mahmudov rəhbərlik edib. Yaxın Şərq dilləri kafedrasının rəhbəri isə 1957-ci ildən 1989-cu ilə qədər professor Rəhim Sultanov, 1989-1990-cı illərdə professor Həsən Mahmudov olub. 1990-cı ildən həmin kafedralar əsasında Ərəb, İran və Türk filologiyası kafedraları təşkil olunub, İran filologiyası kafedrasının ilk müdiri professor Həsən Mahmudov təyin edilib. Ardıcıl olaraq 1990-1996-cı illərdə professor Mirzə Rəhimov, 1996-2006-cı illərdə dosent Tofiq Cahangirov, 2006-2023-cü ilə qədər iranşünas-alim, professor Mehdi Kazımov eyniadlı kafedraya rəhbərlik edib. 2023-cü ildən kafedra professor Mehdi Kazımovun rəhbərliyi ilə Orta Şərq dilləri və ədəbiyyatı kafedrası adı altında fəaliyyətini davam etdirir.

1957-ci ildən Ərəb dili kafedrasının müdiri vəzifəsini Azərbaycanda müdafiə etmədən doktorluq dərəcəsi alan ilk alim, böyük ərəbşünas, professor Ələsgər Məmmədov (1957-1989) və dosent İsmayıl Şəms (1989-1991) tutublar. 1991-ci ildən 2019-cu ilə qədər Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev olub. 2019-2022-ci illər arasında kafedra müdiri vəzifəsini dosent Vüqar Qaradağlı və professor Elxan Əzizov icra edib. 2022-ci ildən isə Ərəb filologiyası kafedrasına filologiya elmləri doktoru, dosent Vüqar Qaradağlı rəhbərlik edir.

1990-cı ildə fakültədə Türk filologiyası kafedrası yaradılıb. Kafedra yaradılandan indiyədək onun müdiri professor Rüfət Rüstəmovdur.

Şərqşünaslıq fakültəsində 1957-ci ildən yaradılmış istiqamətlərlə yanaşı, uzun müddətdən sonra ölkəmizin müstəqilliyini bərpa etməsi, Yaxın və Uzaq Şərq ölkələri ilə yaranan münasibətlər kontekstində İvrit (1993), Yapon (2000), Urdu (2001), Çin (2002) və Koreya (2007) şöbələri yaradılıb. Çin, Yaponiya və Koreya dilləri 2004-cü ildə yaradılan vahid Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasına daxil edilib. 2005-ci ildən kafedraya professor Oqtay Cəlilbəyli rəhbərlik edir.

Şərqşünaslıq fakültəsində tədrisin yüksək səviyyədə aparılmasında, Vətənimiz üçün şərqşünas kadrların yetişdirilməsində, ərəbşünaslıq, iranşünaslıq və türkologiya sahəsində elmi nailiyyətlər əldə edilməsində akademik Həmid Araslı, professorlar Ələsgər Məmmədov, Rəhim Sultanov, Aida İmanquliyeva, Mübariz Əlizadə, Əhməd Şəfai, Neyyerzaman Hatəmi, Həsən Mahmudov, Malik Mahmudov, Mirzə Rəhimov, Aniyə Ələkbərova, Aslan Eyvazov, Şulan Şirəliyev, dosentlər Əli Azəri, Həsən Əlizadə, Yusif Şirvan, Yusif Ziya Şirvani, Təhmurəs Cahani, Ağadadaş Dadaşov, Əbdüləli Kərimov, Fəxrəntac Zülfüqarova, İsmayıl Şəms, Tofiq Cahangirov və başqaları əvəzsiz xidmətlər göstəriblər. Azərbaycanda şərqşünaslıq və islamşünaslığın inkişafında akademik Vasim Məmmədəliyev böyük rol oynayıb.

Hazırda fakültədə 900-dən çox tələbə təhsil alır, 100-dən artıq əməkdaş fəaliyyət göstərir. Tələbələr Türkiyə, Ərəb ölkələri, İran, Pakistan, İsrail, Yaponiya, Çin, Koreya üzrə regionşünaslıq, türk, ərəb, fars, Çin dilləri üzrə filologiya, ərəb və fars dili üzrə tərcümə ixtisaslarında təhsil alırlar.

Fakültə Türkiyə, Ərəb ölkələri, Uzaq Şərq ölkələri, Pakistan və İsrailin təhsil ocaqları ilə əməkdaşlığı genişləndirir. Hər il Küveyt Dillər Mərkəzinə təhsil almaq üçün ərəb dili üzrə yaxşı oxuyan tələbələr göndərilir. Yaponiyanın Gumma Universiteti, Tsukuba Universiteti ilə müqavilələr imzalanıb. Çinin Anhui Universiteti ilə BDU arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, “Çin filologiyası” ixtisası üzrə ikili diplom proqramı həyata keçirilir.

Qətər Universiteti, Türkiyənin Pamukkale Universiteti, Misirin Ayn Şəms Universiteti, Çexiyanın Karlov Universiteti, Polşanın Varşava Universiteti, Koreyanın Kyungun Universiteti ilə memorandumların imzalanması üzrə danışıqlar aparılır. Orta Asiyanın bir neçə universiteti ilə əməkdaşlıq çərçivəsində onlayn mühazirələr təşkil olunur.

Fakültədə auditoriyalar texniki cəhətdən müasir proyektorlar, elektron lövhələrlə təmin olunub. Dərslərdə video-audio materiallardan istifadə olunur. Müəllimlər dil dərslərinin daha effektiv keçirilməsi üçün innovativ üsullardan istifadə edirlər. Həmçinin fakültədə danışıq klubları fəaliyyət göstərir. Yeni tədris ilində “Tərcüməçilik” ixtisası üzrə təhsil alan tələbələr üçün diplomatik görüşlərdə tərcümə prosesini əks etdirən simulyasiya oyunlarının təşkili nəzərdə tutulur. Fakültə Koreya, Çin, yapon, türk, ərəb dilləri üzrə natiqlik yarışları keçirir ki, bu da tələbələrin Şərq dillərini dərindən öyrənmələrinə kömək edir. Məşhur şərqşünas alimlər, diplomatlar, dövlət xadimləri, incəsənət nümayəndələri ilə mütəmadi görüşlər keçirilir. Fakültədə “Qiraət” adlı kitab klubu fəaliyyət göstərir. Klubun görüşləri şəhərin elm və mədəniyyət ocaqlarında təşkil olunur. Hər il fakültənin Uzaq Şərq dilləri üzrə təhsil alan tələbələri yapon dili üzrə natiqlik, Çin dili üzrə “Çin dili körpüsü” yarışlarında iştirak edirlər. İllərdir ki, bu yarışların ənənəvi qalibləri arasında Şərqşünaslıq fakültəsinin tələbələri müstəsna mövqe tuturlar. Eyni zamanda, fakültənin ərəb, fars, türk dilləri üzrə təhsil alan tələbələri ölkədə keçirilən beynəlxalq konfransların işinə könüllü qismində dəstək olur, xarici qonaqlarla işin qurulmasında effektiv rol oynayırlar. Bu tədbirlər arasında islamofobiya, UNESCO və ICESCO ilə bağlı keçirilən silsilə konfrans və tədbirlər də var. Fakültə tələbələri hər il Qətər Fondu tərəfindən keçirilən Ərəb dili üzrə dünya və Asiya debat yarışlarında iştirak edirlər. İndiyədək fakültə tələbələri Qətər, Malayziya, Türkiyə və Omanda dörd debat çempionatında önəmli nəticələr əldə ediblər.

Fakültə tələbələri universitetin sosial həyatında yaxından iştirak edirlər. Hər il fakültə tələbələrinin iştirakı ilə şəhid məzarları ziyarət olunur, şəhid ailələri ilə əlaqə saxlanılır. Tələbələr Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər dövlət orqanlarının fəaliyyətində yaxından iştirak edirlər. Hər il fakültədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş “Şərq filologiyası məsələləri” mövzusunda gənc alim və magistrantların konfransı keçirilir.

105 illik tarixi ilə qürur duyan BDU-nun 101 yaşlı Şərqşünaslıq fakültəsi beynəlxalq əlaqələrini daha da inkişaf etdirmək, tədqiqat və tədris sahəsindəki uğurlarını artırmaq, müasir dövrün tələblərinə uyğun olaraq fəaliyyətini genişləndirmək niyyətindədir. Bu istiqamətdə atılan addımlar fakültənin akademik mühiti və elmi işlərinin daha da tanınmasına, beynəlxalq miqyasda rəqabət qabiliyyətinin artırılmasına kömək edəcək.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib