BDU-da 20 Yanvara həsr olunmuş sərgi
Bakı, 18 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar foto və kitab sərgisi təşkil edilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun Elmi Kitabxanası tərəfindən təşkil olunan sərgidə 20 Yanvar hadisələrindən bəhs edən əsərlər, faciənin dəhşətlərini əks etdirən fotolar nümayiş olunur.