BDU-da Beynəlxalq Daun Sindromlu Şəxslər Günü qeyd edilib



Bakı, 19 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində 21 Mart – Beynəlxalq Daun Sindromlu Şəxslər Günü münasibətilə “Daun sindromunu anlamaq: dünyanın 21-ci nəbzi” adlı tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə fakültənin professor-müəllim heyəti, “Korreksiyaedici təlim” ixtisası üzrə təhsil alan III kurs tələbələri, daun sindromlu Pərvanə Hüseynli və onun anası Nüşabə Hüseynli iştirak ediblər.
Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva “Daun sindromlu şəxslərlə bağlı sosial məsuliyyət” mövzusunda çıxış edib, onların kiçik yaşlardan sosial aktiv mühitdə daha yaxşı inkişaf etdiklərini vurğulayıb. Psixologiya kafedrasının müəllimi İlahə Nəbiyeva tədbir iştirakçılarına daun sindromunun tarixi və nəzəri əsasları haqqında ətraflı məlumat verib. Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev isə daun sindromlu insanlara dövlət qayğısı, abilitasiya və reabilitasiya proqramlarından bəhs edib.
Tədbirdə, həmçinin korreksiyaedici təlim ixtisasında təhsil alan tələbələrin hazırladıqları videotəqdimat və daun sindromu ilə bağlı Bakı şəhərində aparılmış sosioloji sorğuya dair videoçarx nümayiş etdirilib.
Nüşabə Hüseynli daun sindromlu uşağın valideyni kimi öz şəxsi təcrübəsini bölüşüb, qızının könüllülük proqramlarındakı uğurlu fəaliyyətini qeyd edib. Sonra öz rəsm əsərləri və əl işlərini nümayiş etdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:36]
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb
- 25.04.2025 [18:14]
GDU-da tədbir: “Qan donorluğu, donor seçimi kriteriyaları”
- 25.04.2025 [17:53]
GDU-da yeni nəşr olunan dərs vəsaitinin təqdimatı keçirilib
- 25.04.2025 [17:52]
Suraxanıda Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib
- 25.04.2025 [17:36]