BDU-da Ümumdünya Su Gününə həsr edilmiş ustad dərsi keçirilib


Bakı, 19 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun baş mühəndisi Məmməd Əsədovun 22 Mart - Ümumdünya Su Gününə həsr olunmuş ustad dərsi keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ustad dərsində su ehtiyatlarının qorunması, xüsusilə buzlaqların vəziyyəti və bu sahədəki aktual məsələlər barədə ətraflı məlumat verilib. Məmməd Əsədov bildirib ki, Bu il Ümumdünya Su Gününün mövzusu “Buzlaqların qorunması” adlanır. Azərbaycanda buzlaqlar əsasən Böyük Qafqazın zirvələrində cəmləşib, onların sahəsi çox kiçikdir.
Ustad dərsində vurğulanıb ki, Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çayların axar suları ilə formalaşır və bu çaylar su anbarlarına çox miqdarda çirkab sular gətirir. Dünya Su Ehtiyatları İnstitutunun qiymətləndirməsinə əsasən, Azərbaycan su ehtiyatları ən az olan ölkələrdən biridir. Orta hesabla hər bir vətəndaşa ildə 972 m³ şirin su düşür.
Məruzəçi ölkə rəhbərliyinin su problemlərinin həlli üçün həyata keçirdiyi bir sıra mühüm addımları da diqqətə çatdırıb. Bu tədbirlər arasında yeni su anbarları və su kanallarının inşası, o cümlədən Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi yer alır.
Dərsdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:36]
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb
- 25.04.2025 [18:14]
GDU-da tədbir: “Qan donorluğu, donor seçimi kriteriyaları”
- 25.04.2025 [17:53]
GDU-da yeni nəşr olunan dərs vəsaitinin təqdimatı keçirilib
- 25.04.2025 [17:52]
Suraxanıda Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib
- 25.04.2025 [17:36]