BDU kollektivi Fəxri xiyabanı ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.
Dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Sonra universitet əməkdaşları BDU-da Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.