BDU-nun institusional akkreditasiyası üzrə özünütəhlil hesabatı təsdiqlənib
Bakı, 19 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının 2023-cü ildə ilk iclası keçirilib. İclasda BDU-nun institusional akkreditasiyası üzrə özünütəhlil hesabatı müzakirə olunaraq təsdiqlənib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, eyni zamanda, BDU-da struktur islahatları ilə bağlı məsələ müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.