BDU-nun “SABAH” qruplarının məzunu MİQ müsabiqəsində riyaziyyat fənni üzrə ölkə birincisi olub
Bakı, 18 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarını fərqlənmə diplomu ilə bitirən Süleyman Bağırov müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində riyaziyyat fənni üzrə ölkə birincisi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verib. Bildirilib ki, S.Bağırov tələbəlik illərində də bir çox nailiyyətlər qazanıb. O, 2018-2019-cu illərdə “SABAH” qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin və Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş bilik yarışlarında riyaziyyat və informasiya texnologiyaları üzrə I yerlərə layiq görülüb.
2020-ci ildə Təhsildə Araşdırma və İnkişaf Mərkəzi tərəfindən 30 yaşa qədər riyaziyyat müəllimləri arasında keçirilən respublika olimpiadasında S.Bağırov II yeri tutub.
O, iki il ardıcıl olaraq MİQ imtahanlarında uğur qazanıb. S.Bağırov 2022-ci ildə MİQ imtahanında riyaziyyat fənni üzrə 87.5 bal toplayıb. Bu il isə 88.75 bal toplayaraq ölkə birincisi olub. O, hazırda BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının doktorantıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [10:48]
Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar
- 16.06.2026 [10:38]
DİM və IAEA arasında əməkdaşlıq genişlənir
- 16.06.2026 [10:31]
Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [21:35]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [21:24]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [21:18]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:47]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:39]