BDU-nun təmsil olunduğu beynəlxalq forumda əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 13 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarov Qazaxıstanın Türküstan şəhərində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin XV Forumunda iştirak edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Forumda təhsil sahəsində müasir problemlər, xüsusilə həmkarlar ittifaqlarının fəaliyyəti müzakirə olunub. Məruzəçilər təmsil etdikləri ölkələrdə həmin sahələrdəki vəziyyət haqqında məlumat veriblər. Türk dövlətləri arasındakı əlaqələrin genişləndirilməsi məqsədilə keçirilən tədbirə dəvət olunan alimlər elmi məqalələrini təqdim ediblər.
Sonra qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.