BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq
Bakı, 10 iyul, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) rektorunun rəqəmsallaşma və innovasiyalar üzrə müşaviri Güman Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kembric Universiteti tərəfindən təşkil olunacaq tədqiqat səfərində iştirak edəcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iyulun 15-dən avqustun 15-dək davam edəcək səfərin əsas məqsədi dünya səviyyəli elmi-tədqiqat müəssisəsində elmi araşdırmaların təşkili və idarə edilməsi sahəsində təcrübə qazanmaq, struktur biologiyasının aktual hesablama məsələləri üzərində birbaşa iş aparmaqdır. Bu səfər çərçivəsində aşağı ayırdetmə qabiliyyətinə malik krio-elektron mikroskopiya (krio-EM) xəritələrinə atom struktur modellərinin uyğunlaşdırılması problemi tədqiq olunacaq.
Tədqiqatın nəticəsində idarəetmə təcrübəsinin əldə edilməsi və hesablama metodlarının praktiki proqram təminatına çevrilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:30]
Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb
- 06.10.2026 [15:44]
KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib
- 06.10.2026 [14:49]