BDU tələbələri Heydər Əliyev Mərkəzində
Bakı, 18 avqust, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Güclü lider, güclü Azərbaycan” layihəsi çərçivəsində tələbələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Ziyarət zamanı tələbələrə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin zəngin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.
Mərkəz dünyada bənzərsiz olması ilə diqqətçəkən məkanlardan biridir.
Qeyd edək ki, “Heydər Əliyev İli”nə həsr olunmuş “Güclü lider, güclü Azərbaycan” layihəsinin həyata keçirilməsində məqsəd gənclərin liderlik keyfiyyətlərinin formalaşdırılması və stimullaşdırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]