BDYPİ-dən vətəndaşlara müraciət: Saxta səhifələrə etibar etməyin
Bakı, 4 mart, AZƏRTAC
Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılmaqdadır. Həmin səhifələrdən biri də
asanpayex.cc/az ünvanıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) vətəndaşlara müraciətində qeyd edilib.
BDYPİ vətəndaşlara bildirib ki, qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.
“Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar. Bir daha xatırladırıq ki, inzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır”, - deyə müraciətdə diqqətə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:05]
Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb
- 05.06.2026 [15:40]
Beynəlxalq Türk Akademiyası elmi layihələrini təqdim edib
- 05.06.2026 [15:21]
Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [14:34]