Bədii gimnastika üzrə yığmamız yoxlama məşqi keçirib
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 4-də Şağan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvlərinin iştirakı ilə yoxlama məşqi keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Məşqlərdə fərdi gimnastlarımız Alina Məmmədova, Mədinə Dəmirova, Ləman Əhmədli, böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina çıxış proqramlarını təqdim ediblər.