Bələdiyyə seçkilərində jurnalistlərə “bələdçilik” edəcək kitabça çap edilib
Bakı, 15 dekabr, X. Məmmədov, AZƏRTAC
“Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi” adlı kitabça çap edilib.
Bu barədə dekabrın 15-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə “Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları” mövzusunda keçirilən konfransda Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib.
O qeyd edib ki, bu vəsait KİVDF-nin maliyyə yardımı ilə həyata keçirilən “Jurnalistlərin bələdiyyə seçkiləri prosesində müşahidəçi kimi iştirakına yardım” layihəsi çərçivəsində hazırlanıb. Kitabçada Seçki Məcəlləsindən, MSK-nın təlimatlarından, digər qanunvericilik aktlarından müvafiq müddəalar toplanıb. Vəsait 500 nüsxə ilə çap edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [19:55]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [18:45]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
- 04.06.2026 [18:16]