Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan icmalarını öz ətrafında sıx birləşdirməkdə davam edir
Paris, 15 may (AZƏRTAC). Mənzil qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi Niderland krallığında məskunlaşmış Azərbaycan icmalarının fəaliyyətini əlaqələndirmək məqsədilə onları öz ətrafında sıx birləşdirmək prosesini davam etdirir.
Niderlandın Haarlam şəhərində Şimali Holland Əyalətinin Azərbaycanlılar İttifaqı yaradılmışdır. Yeni yaranan quruma fəal soydaşlarımızdan biri olan Sima Cəfərova sədr seçilmişdir. İttifaqın ətrafında bu əyalətdə yaşayan və dövlətimizin apardığı siyasəti dəstəkləyən vətənpərvər soydaşlarımız toplaşmışlar.
BAK-ın yeni layihəsi əsasında Niderland və Belçika əyalətlərində yığcam şəkildə yaşayan azərbaycanlılar təşkilatlanaraq konqres ətrafında birləşdirilir.
Xatırladaq ki, bir müddət əvvəl BAK-ın nəzdində Brabant Əyalətinin Azərbaycanlılar Məclisi də yaradılmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]