Benilüks Azərbaycanlıları Konqresi Qazaxıstan prezidentinin həyatından bəhs edən filmin təqdimatına dəstək vermişdir
Paris, 5 dekabr (AZƏRTAC). Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurum Qazaxıstanın Niderland Krallığındakı səfirliyi ilə birlikdə prezident Nursultan Nazarbayevin həyatından bəhs edən “Uşaqlıq çağlarımın səmaları” adlı filmin təqdimat mərasimini keçirmişdir.
Niderland Parlamentinin Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan mərasimdə fövqəladə və səlahiyyətli səfir Mainura Muzamadiyaeva prezident Nursultan Nazarbayevin uşaqlığı, gənclik illəri, siyasi fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Daha sonra film geniş ekranda nümayiş etdirilmiş və tamaşaçıların marağına səbəb olmuşdur.
Filmdə Azərbaycan klassik musiqisindən fraqmentlər səslənmişdir.
Mərasimdə Niderland Karlığının hökumət və dövlət rəsmləri, tanınmış ictimai-siyasi xadimlər, deputatlar, biznes dairələrinin nümayəndələri, yerli və xarici kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.
Film ölkənin ən böyük şəhərləri olan Amsterdamda və Rotterdamda da nümayiş olunmuşdur.
Təqdimat mərasiminin hazırlanmasında və keçirilməsində BAK üzvləri də fəal iştirak etmiş, təşkilati və praktiki dəstək vermişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]