Benilüks Azərbaycanlıları Konqresinin tərkibində yeni senatorluq institutu yaradılmışdır
Paris, 20 may (AZƏRTAC). Əsas ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) idarə heyətinin növbədənkənar toplantısı keçirilmişdir.
Yığıncaqda Azərbaycan həqiqətlərini müxtəlif beynəlxalq təşkilatlara, habelə Benilüks məkanındakı ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlərdən danışılmış, bu sahədə işlərin təkmilləşdirilməsinin və yeni layihələrin reallaşdırılmasının vacibliyi qeyd olunmuşdur.
BAK-ın tərkibində ölkəmizə dair məlumatları operativ şəkildə çatdıran və lobbiçilik məsələləri ilə ciddi məşğul olan senatorluq institutunun yaradılması məqsədəuyğun hesab edilmişdir.
Yeni institut Benilüks ölkələrində yaşayan azərbaycanlıları BAK ətrafında daha sıx birləşdirmək və onların fəaliyyətini istiqamətləndirmək məqsədi daşıyacaq, Avropa Parlamentində akkreditə olunan lobbiçilik qrupunun işinə lazımı dəstək verəcək, ən aktual məsələləri idarə heyətinin müzakirəsinə göndərəcək, qəbul olunan qərarların icrasına nəzarət edəcək və konqresin fəaliyyət istiqamətini müəyyənləşdirəcəkdir.
Senatorluq institutunun 7 nəfərlik üzvü artıq öz vəzifə səlahiyyətlərinin icrasına başlamışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]