Bərdə rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb
Bərdə, 23 iyun, AZƏRTAC
Bərdə rayonunda zəncirvari yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. “Mercedes”, “Oka” markalı minik avtomobilləri və traktor toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.