BƏRDƏDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI ZONA MÜŞAVİRƏSİ
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov çıxış edərək “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair“ Azərbaycan Prezidentinin 2005-ci il 11 may tarixli Sərəncamının müddəalarını ətraflı şərh etmiş, qarşıdan gələn bələdiyyə seçkilərinin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi ilə bağlı vəzifələrdən danışmışdır. Natiq Mərkəzi Seçki Komissiyasının respublikaının bütün bölgələrində dairə və məntəqə seçki komissiyaları üzvlərinin iştirakı ilə zona müşavirələrinin keçirildiyini diqqətə çatdırmış, seçkilərlə əlaqədar maarifləndirmə işinin əhəmiyyətini vurğulamışdır.
Zona müşavirəsində 93 saylı Bərdə şəhər, 94 saylı Bərdə kənd, 95 saylı Tərtər, 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələri dairə seçki komissiyalarının sədrləri çıxış edərək qarşıdan gələn seçkilərlə əlaqədar görülən işlərdən söhbət açmış, bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti barədə məlumat vermişlər.
MSK-nın üzvü Rövşən İsmayılov seçki komissiyası üzvlərinin maarifləndirilməsi işinin vacibliyini vurğulamışdır.
Müşavirədə geniş fikir mübadiləsi aparılmış, seçkilərlə bağlı suallar, cavablandırılmışdır.