Bərdədə törədilən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb YENİLƏNİB 2
Bərdə, 27 avqust, AZƏRTAC
Avqustun 27-də saat 22 radələrində Bərdə rayonu ərazisində 2000-ci il təvəllüdlü Bəhmən Hüseynovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı 2008-ci il təvəllüdlü Mirsaleh Hüseynovun aralarında yaranmış mübahisə zamanı Bəhmən Hüseynova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Mirsaleh Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
23:25
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bərdə rayonunun ərazisindəki qəbiristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseynov Mirsaleh Firdovsi oğlu saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.
22:30
Bu gün saat 21 radələrində Bərdə rayonunun ərazisindəki qəbiristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.