Azərbaycan Dövlət İnformasiya Agentliyi

Berlin Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini qəbul edir və dəstəkləyir - deputat

Berlin Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini qəbul edir və dəstəkləyir - deputat

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Almaniyanın regionda ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Berlin ölkəmizin Cənubi Qafqazda lider mövqeyini qəbul edir və dəstəkləyir. Almaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini dəstəklədiyini dəfələrlə bəyan edib. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri zamanı mətbuata birgə bəyanatında “Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deməsi Berlinin ərazi bütövlüyümüzə ən yüksək səviyyədə hörmətinin əyani sübutudur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfərini şərh edərkən deyib. O bildirib ki, Ştaynmayerin Azərbaycana ilk səfəri ikitərəfli münasibətlərimizin tarixində xüsusi əhəmiyyət daşıyır: “İki ölkə arasında etibarlı tərəfdaşlıq hərtərəfli və yüksələn xətlə inkişaf edir. Prezidentlərin səfər çərçivəsində ikitərəfli və nümayəndə heyəti ilə birlikdə apardıqları müzakirələr olduqca əhəmiyyətlidir. Mətbuata verilən birgə bəyanatda Prezident İlham Əliyev Almaniya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyətini yüksək qiymətləndirdi və bunun əlaqələrimizə müsbət təkan verəcəyini vurğuladı. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması nəticəsində ticarət dövriyyəsinin təxminən üç dəfə artması geniş iqtisadi əməkdaşlıq potensialının mövcudluğundan xəbər verir. Əsas hədəflərdən biri gələcəkdə ölkələr arasında ticarət dövriyyəsinin şaxələndirilməsidir. Bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin təcrübəsinin ölkəmizdə tətbiqi bu sahənin inkişafına təkan verəcək. Azərbaycan xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq niyyətindədir. Azərbaycan bərpaolunan enerji mənbələrinə böyük investisiya yatırır. Bu sahədə böyük təcrübəsi olan Almaniya öz uğurlarını bizimlə bölüşə bilər. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz gələcəkdə yaşıl enerji ixracatçısı kimi bu rolunu daha da gücləndirəcək. Onu da qeyd edək ki, hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. “Siemens”, “Ferrosstal”, “InterSelect”, “Mercedes-Benz” kimi iri şirkətlərə fəaliyyət üçün ölkəmizdə hər cür şərait yaradılıb. Onlar buradakı mühitdən razılıqlarını ifadə ediblər. Hazırda Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 400 milyon avrodan çoxdur. Avropanın ən güclü sənaye dövlətlərindən biri olan Almaniya Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi iri nəqliyyat layihələrinə böyük maraq göstərir. Mərkəzi Asiya və Çin bazarlarına çıxmaq istəyən Berlin Azərbaycandan keçən dəhlizlərə üstünlük verir”.

Tahir Mirkişili əlavə edib ki, Prezident İlham Əliyev Almaniyanın ötən il Bakıda keçirilən COP29 beynəlxalq iqlim konfransında iştirakını yüksək qiymətləndirib: “COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi və bu amil onun qlobal əhəmiyyətli bir konfrans olduğunu, uğurlu nəticələrlə yadda qaldığını bir daha təsdiqləmiş olur. Ermənistan isə bu beynəlxalq tədbirə qatılmadı. Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda İrəvanın bu beynəlxalq konfransa qatılmamasının başadüşülən olmadığı Prezident İlham Əliyev tərəfindən də vurğulandı. Azərbaycanın 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, xalqımızın etnik təmizləməyə məruz qaldığı, bir milyon azərbaycanlının məhz erməni aqressiyasına görə ev-eşiyindən didərgin düşdüyü ölkə başçısı tərəfindən qeyd olundu. Avropa İttifaqının əsas dövlətlərindən olan Almaniya Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir. Berlin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının, sülhün tərəfdarıdır. Bunu Frank-Valter Ştaynmayer Bakıda açıq bəyan etdi. Alman şirkətləri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərində iştiraka böyük maraq göstərirlər.

Onu da qeyd edim ki, Almaniya ilk gündən Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe sərgiləyib. Bu mövqe hazırda da davam edir. Bu gün Almaniya-Azərbaycan əlaqələri daha çox qarşılıqlı iqtisadi maraqlar üzərində qurulub. Berlində yaxşı başa düşürlər ki, İran və Rusiya ilə həmsərhəd olan Azərbaycanla əməkdaşlıq Avropa üçün hava-su kimi lazımdır. Azərbaycanın bir müsəlman ölkəsi kimi demokratik dəyərlərə üstünlük verməsi də Almaniyanın diqqətindən yayınmır. Bütün hallarda Almaniya Prezidentinin Bakıya səfəri iki ölkənin əlaqələrində yeni səhifə açacaq”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ olub

Azərbaycan nefti 95 dollara satılır

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Araz çayında batan şəxsin meyiti tapılıb

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH