Berlində “Azərbaycanda Dövlət Qulluğunda çalışan qadınlar” mövzusunda təqdimat keçirilib
Bakı, 18 iyul, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) sədri əvəzi İnarə Vəliyeva Berlində Azərbaycan qadınlarının liderlikdəki nailiyyətlərindən danışıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, İnarə Vəliyeva Berlində keçirilmiş “Təşkilati İnkişaf üçün Liderlikdə Qadınlar” tədbirinə spiker qismində qatılıb. Tədbir Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının Regional Fondu və Alman Ticarət Palatası tərəfindən təşkil edilib.
Təqdimatını “Azərbaycanda Dövlət Qulluğunda çalışan qadınlar” mövzusunda edən İnarə Vəliyeva öz çıxışında Azərbaycan qadınlarının liderlikdə əldə etdiyi uğurlar və üzləşdiyi çağırışlar haqqında ətraflı danışıb.
Həmçinin tədbirdə qadınların liderlikdə rolu haqqında Almaniya nümunəsi öyrənilərək, mövzu ətrafında fikir mübadiləsi aparılıb.