Berlində qaydaları pozanlar təkcə Suriya, Əfqanıstan, İran və İraqdan gələnlər deyil
Berlin, 2 mart, AZƏRTAC
Bu günlərdə Almaniya paytaxtının polisi 2018-ci il üçün kriminal statistika materiallarını dərc edib. AZƏRTAC həmin materiala istinadla xəbər verir ki, Berlin polisi AFR-də cinayət törədənlər arasında Suriya, Əfqanıstan, İran və İraqdan gəlmələri xüsusi qeyd edib. Məhz bu ölkələrdən Almaniyaya sığınacaq üçün gələnlər daha çoxdur.
Statistik məlumata görə, 2018-ci ildə bu dörd ölkənin 8360 vətəndaşı AFR Cinayət Məcəlləsini 18439 dəfə pozublar (bax: https://www.berlin.de/polizei/verschiedenes/polizeiliche-kriminalstatistik/). Qətllərin 0,1 faizi, cinsi toxunulmazlıq əleyhinə cinayətlərin 1,5 faizi, bədən xəsarəti yetirilməsi hallarının 14,1 faizi, oğurluqların 28,2 faizi həmin ölkələrin vətəndaşlarının payına düşür.
Bununla bərabər, keçən ilin yekunlarına görə, Berlində cinayətkarlığın ümumi səviyyəsi azalıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]