“Beşiktaş”ın baş məşqçisi “Qarabağ”-“Çelsi” oyununu izləyib
Bakı, 23 noyabr, AZƏRTAC
İstanbulun “Beşiktaş” futbol klubunun baş məşqçisi Şenol Güneş UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ”-“Çelsi” oyununa baxıb.
AZƏRTAC xəbər verir ki, oyundan əvvəl Ş.Güneş və klubun direktoru Əli Naibi “Qarabağ”ın futbolçuları və komandanın rəhbərliyi ilə görüşüblər.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilə görüşdən sonra Ş.Güneş ona üzərində “Beşiktaş” futbolçularının imzaları olan Pepenin formasını hədiyyə edib. Q.Qurbanov isə qonağa üzərində Şenol Günəşin adı yazılan 1 nömrəli formanı təqdim edib.
Sonra Ş.Günəş “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl ilə birlikdə oyunu izləyib.
Qeyd edək ki, “Beşiktaş” rəsmiləri Bakıya “Qarabağ” klubuna dəstək olmaq üçün gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]