BƏSTƏKARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Astara rayon uşaq-musiqi məktəbində əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli bəstəkar Musa Mirzəyevlə görüş keçirilmişdir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edənlər bəstəkarın həyat və yaradıcılıq yolundan danışmış, musiqi mədəniyyətimizin formalaşmasında onun səmərəli fəaliyyətini yüksək dəyərləndirmiş, görkəmli sənətkara 70 illik yubileyi ilə əlaqədar ən xoş arzularını bildirmişlər. Məktəbin şagirdləri bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər. Bəstəkar musiqi ifaçılarının Qazaxıstanın Astana şəhərində keçirilmiş dördüncü Beynəlxalq müsabiqəsindəki çıxışlarından danışmış, məktəbi müəllimlərinə və şagirdlərə məsləhət və tövsiyələrini vermiş bir neçə əsərini fortepianoda ifa etmişdir. Görüşün sonunda məktəbin müəllim və şagird kollektivi bəstəkarla yadigar foto-şəkil çəkdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]