Beyləqan ərazisində qamışlıqda baş verən yanğın söndürülüb
Beyləqan, 26 avqust, AZƏRTAC
Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Beyləqan rayonunun Şərq qəsəbəsinin yaxınlığından keçən hissəsində qamışlıqda yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa vaxtda söndürülüb.