BEYNƏLXALQ AUDİTƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR
Seminardan məqsəd maliyyə-mühasibat sistemindəki mövcud normativ-metodoloji bazanın daha da təkmilləşdirilməsi və bu sahədəki normativ sənədlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində aparılan islahatların səmərəliliyinin artırılmasına kömək etməkdir.
Bu məqsədə nail olmaq üçün beynəlxalq maliyyə standartlarına keçidlə əlaqədar aparılan islahatların ilkin nəticələrinin sistemli şəkildə təhlil olunması, perspektivlərin müəyyənləşdirilməsi, mövcud problemlərin aşkarlanması və onların aradan qaldırılması yollarının öyrənilməsi, bu əsasda islahatların dərinləşdirilməsi istiqamətində təklif və tövsiyələrin hazırlanması vəzifələri müəyyənləşdirilmişdir.
Seminarda mövzu ilə bağlı Auditorlar Palatasının və “Pricewaterhouse Coopers Eastern Europe B.V.” şirkətinin mütəxəssislərinin məruzələri dinlənilmiş və kollektiv müzakirələr aparılmışdır.