BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİLƏYIĞINCAQ KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkədə əlillərin sosial müdafiəsinə dair qəbul olunmuş sənədlərin əhəmiyyətini diqqətə çarpdırmış, əlillərin hüquqlarının qorunmasında ombudsmanın rolunu qeyd etmiş və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqov əlillərin sosial müdafiəsi və reabilitasiyası sahəsində görülən işlərdən, qarşıda duran vəzifələrdən, əlillərin tibbi reabilitasiyası ilə bağlı problemlərdən və onların həlli perspektivlərindən danışmışdır. Əlillərin pensiya təminatının mövcud vəziyyəti barədə məlumat verən natiq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır.
Yığıncaqda “Əhalinin xüsusi qruplarına tibbi-sosial yardımın göstərilməsi”, “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsil hüquqlarının təmini vəziyyəti”, “Əlillərin hüquqlarının müdafiəsində qeyri-hökumət təşkilatlarının rolu” və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.