Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin iclası təxirə salınıb
Bakı, 29 mart, AZƏRTAC
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin iclası koronavirus pandemiyasına görə təxirə salınıb.
AZƏRTAC “Inside the Games” portalına istinadla xəbər verir ki, iclasın mayın 26-27-də Namibiyada keçirilməsi nəzərdə tutulmuşdu. Həmçinin qurumun şurasının mayın 28-29-da təşkil olunacaq iclası da təxirə salınıb.
Qeyd edək ki, apreldə Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya kuboku, Yana Batırşinanın mükafatları uğrunda açıq turnir, mayda nəzərdə tutulan aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışı və dünya çempionatı başqa tarixdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]