BEYNƏLXALQ İDMAN QƏZETLƏRİ ASSOSİASİYASI YARADILMIŞDIR
Bakı, 26 fevral (AZƏRTAC). Dünyanın altı aparıcı idman qəzeti beynəlxalq assosiasiya yaratmışdır. Onların məqsədi idman mətbuatının maraqlarını və sərbəstliyini qorumaqdır.
İtaliyanın gündəlik “La Gazzetta dello Sport”, İspaniyanın “El Mundo Deportivo” və “Marca”, Fransanın “L Equipe”, Argentinanın “Ole” və Braziliyanın “Lance” qəzetləri Beynəlxalq İdman Qəzetləri Assosiasiyası (IANS) təsis etmişlər.
“El Mundo Deportivo” qəzetinin redaktoru Canti Nolla assosiasiyanın ilk prezidenti təyin olunmuşdur.
Katibliyi Parisdə yerləşən IANS-ın məqsədi idman brendlərinin təbliğində idman qəzetlərinin rolunun artırılması, uşaqlar arasında idmanın və mütaliənin təbliği, idman sahəsində xeyriyyə fəaliyyətinin dəstəklənməsi, idmanda irqçiliyə və ksenofobiyaya qarşı mübarizə aparmaq, idmandan inkişaf siyasətinin aləti kimi istifadə etmək, idman qəzetlərinin etik və iqtisadi maraqlarını qorumaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]