Beynəlxalq konfransa məqalələr qəbul olunur
Bakı, 18 avqust, AZƏRTAC
Noyabrın 14-dən 16-dək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransın əsas məqsədi dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya gətirərək rəqəmsal iqtisadiyyat mövzusunda mövcud müasir trendlər ətrafında müzakirələr apararaq qarşıda duran vəzifələri müəyyən etməkdir.
Konfransda “Yeni iqtisadi reallıqda rəqəmsal iqtisadiyyat iqtisadi və sosial inkişafın əsas drayveri kimi”, “Rəqəmsal texnologiyaların və süni intellektin hüquqi tənzimlənməsində müasir tendensiyalar”, “Rəqəmsal iqtisadiyyatda biznesin idarə edilməsi”, “Rəqəmsal iqtisadiyyat və ali təhsil sistemi: əsas tendensiyalar və maneələr”, “Rəqəmsal iqtisadiyyatın inkişafının beynəlxalq aspektləri”, “Rəqəmsallaşma meqatrend kimi iqtisadiyyatın maliyyə sektoru”, “Rəqəmsal səhiyyə: çağırışlar və perspektivlər”, “Enerjinin rəqəmsal transformasiyası” mövzuları müzakirə olunacaq.
Konfrans materiallarının qəbulu oktyabrın 17-dək davam edəcək. Materiallar antiplagiat proqramı ilə yoxlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]