Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: İqlim maliyyəsi ilə yanaşı iqlim təhsili də vacibdir
Bakı, 21 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP) ilk dəfə iştirak edirəm. COP29 həm də çoxtərəfli diplomatiya ilə bağlı ilk təcrübəmdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Mariana Fernandens Bento söyləyib. Hazırda Lissabon Nova Universitetində Beynəlxalq və Avropa hüququ üzrə magistratura təhsili alan Mariana Fernandes COP29-da olarkən çox təəccübləndiyini deyib: “Danışıqlar davam edir. Əslində edə biləcəyimiz çox şeylər var, lakin tərəflər arasında uzlaşmada bəzi çətinliklər var. İqlim dəyişkənliyi ilə bağlı bəzi tədbirlərdə olarkən bu sahədə çalışan mütəxəssislərlə tanış olduq. COP29-un əsas gündəliyi iqlim maliyyəsidir. Düşünürəm ki, iqlim maliyyəsi ilə yanaşı iqlim təhsili də vacibdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [11:05]
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb YENİLƏNİB VİDEO
- 24.06.2026 [04:44]